Ru
21:38 / 15 May 2026

Banklar Yermakın girov pulunu götürmür

Banklar Yermakın girov pulunu götürmür
Eye

Ukraynada banklar ölkə Prezident Ofisinin sabiq rəhbəri Andrey Yermakın azadlığa buraxılması üçün tələb olunan girov məbləğini qəbul etməkdən imtina edirlər.


Bakupost.az xəbər verir ki, bu barədə məlumatı sabiq məmurun vəkili İqor Fominə istinadən Ukraynanın “Strana.ua” nəşri yayıb.

Vəkilin sözlərinə görə, banklar maliyyə monitorinqi yoxlamaları və bununla bağlı yarana biləcək risklərdən ehtiyat etdikləri üçün bu ödənişləri həyata keçirmirlər.

Xatırladaq ki, mayın 14-də Ukrayna Ali Antikorrupsiya Məhkəməsi Yermak barəsində 60 sutka müddətinə həbs qətimkan tədbiri seçib. Qərara əsasən, o, 140 milyon qrivna (təxminən 3,1 milyon dollar) girov ödəyəcəyi təqdirdə azadlığa buraxıla bilər. Lakin Yermak məhkəmədə bu qədər vəsaitinin olmadığını bəyan edib. Hazırda girov məbləğinin toplanması və ödənilməsi prosesində ciddi çətinliklər yaranıb.

Qeyd edək ki, mayın 11-də Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAP) Andrey Yermaka qarşı rəsmi ittiham irəli sürüb. O, Kiyev vilayətində elit kottec qəsəbəsinin inşası zamanı 460 milyon qrivna (təxminən 10,4 milyon dollar) mənimsəməkdə və yuyulmasında ittiham olunur. Müstəntiqlərin rəyinə görə, müharibə başladıqdan sonra kotteclərin tikintisi nəinki dayanmayıb, əksinə, daha da sürətlənib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar