Ru
19:53 / 21 May 2026

Baş nazirliyə namizədin ailəsinin altı üzvü fəraridir - Papikyan

Baş nazirliyə namizədin ailəsinin altı üzvü fəraridir - Papikyan
Eye

“Rusiyalı oliqarx, baş nazirliyə namizəd Samvel Karapetyanın ailəsinin altı üzvü Ermənistan ordusunda xidmətdən yayınıb”.

Bakupost.az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan deyib.

Samvel Karapetyanın sədri olduğu “Güclü Ermənistan” Partiyasının namizədlər siyahısına rəhbərlik edən qardaşı oğlu Narek Karapetyanın orduda xidmət etməməsinə toxunan nazir bildirib:

“Samvel Karapetyan, qardaşın oğlu ya ermənicə başa düşmür, ya da başa düşür, qəsdən ictimaiyyəti çaşdırır. Dünən sadə bir sual verdim: ailənizdəki altı oğul niyə Ermənistan ordusunda xidmət etməyib və ya lazım olduğu halda, niyə ölkənin müdafiəsində iştirak etməyib?”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar