Ru
22:20 / 06 Noyabr 2025

Başqa yüklərin də Azərbaycan ərazisindən daşınması... - Ermənistan şirkəti

Başqa yüklərin də Azərbaycan ərazisindən daşınması... - Ermənistan şirkəti
Eye

Rusiyadan Ermənistana gətirilən, ümumi çəkisi 1050 ton olan Rusiya buğdasının ilk partiyası Azərbaycan və Gürcüstan ərazisindən keçərək Ermənistana gəlib.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın "Cənubi Qafqaz Dəmir Yolu" Şirkəti məlumat yayıb.

"15 taxıl vaqonunda daşınan yük Azərbaycan ərazisindən keçərək Gürcüstan-Ermənistan dövlət sərhədini keçib. Taxıl "Cənubi Qafqaz Dəmir Yolu Şirkəti"nin Dalarik stansiyasına çatdırılacaq".

Yeni logistik xidmətin fəaliyyətə başlaması Azərbaycan üzərindən Ermənistana yükdaşımaların bərpası qərarı ilə mümkün olub. Bu, 1990-cı illərdən bəri belə daşımalara ilk cəhddir.

"2026-cı ilin yanvar ayının sonuna qədər bu marşrutla daha 132 vaqon buğdanın çatdırılması planlaşdırılır. Bundan başqa, digər növ yüklərin daşınması imkanlarının müzakirəsi də planlaşdırılır", - məlumatda deyilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar