Ru
13:12 / 16 Mart 2026

Bayram namazı bu saatlarda qılınacaq - Adambaşına fitrə...

Bayram namazı bu saatlarda qılınacaq - Adambaşına fitrə...
Eye

Ramazan bayramı 20 marta təsadüf edəcək.

Bu barədə Bakupost.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədli bildirib.

S.Məmmədli həmçinin fitrə zəkatının tövsiyə edilən məbləğini də açıqlayıb.

“Fitrə zəkatı adambaşına 15 manat tövsiyə olunur. Ümumiyyətlə, fitrə zəkatı 3 kq buğda, 3 kq kişmiş, 3 kq xurma və un məmulatları şəklində də verilə bilər. Amma ümumi halda fitrə zəkatının məbləği minimum 15 manat nəzərdə tutulur”.

QMİ nümayəndəsi Bakı məscidlərində bayram namazlarının 08:00-09:00 arasında qılınacağını da diqqətə çatdırıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar