Ötən gecə Tehranın Mehrabad hava limanında İranın keçmiş Ali Lideri Əli Xameneinin təyyarəsi vurulub.
Bakupost.az Unikal-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
İsrail Müdafiə Qüvvələrinin sözçüsünün sözlərinə görə, təyyarənin məhv edilməsi İrandakı rejimin rəhbərliyinin müttəfiq ölkələrlə koordinasiya qabiliyyətinə xələl gətirir: "İsrail Müdafiə Qüvvələri İran terrorçu rejiminin hərbi qüvvələri tərəfindən bütün İran ərazisində istifadə edilən istənilən vasitəyə zərər vermək üçün fəaliyyət göstərməyə davam edəcək".