"Dərsliklə imtahan sualları arasında fərq yoxdur və Dövlət İmtahan Mərkəzi də dərslik və standartlarla işləməkdə maraqlıdır".
Bakupost.az xəbər verir ki, bunu Teleqraf-a müsahibəsində Təhsil İnstitutunun (ARTİ) Tədris resursları şöbəsinin baş mütəxəssisi Gülnar Aşurova deyib.
O bildirib ki, dərsliklərin hazırlanması prosesində Dövlət İmtahan Mərkəzi ilə mövcud əməkdaşlıq çərçivəsində müvafiq məsləhətləşmələr aparılır.
"ARTİ bu təşkilatla əməkdaşlıq etməkdə maraqlıdır. Çünki məzmun bizim tərəfimizdən verilsə də ilin sonunda şagirdlərin qiymətləndirilməsi DİM tərəfindən aparılır. Bu səbəbdən dərsliklə imtahan sualları arasında fərq yoxdur.