Ru
23:25 / 05 Noyabr 2026

Paytaxtın bəzi əraziləri işıqsız qalacaq - Xəbərdarlıq

Paytaxtın bəzi əraziləri işıqsız qalacaq -  Xəbərdarlıq
Eye

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 6-da Yasamal və Nizami Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq.


“Bakupost” xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Yasamalda saat 10:00-dan 13:00-dək Mikayıl Müşviq və Şəfayət Mehdiyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nizami rayonu Əli Vəliyəv 16 ünvanında saat 10:00-dan 14:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Görüləcək işlər həm də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına, eləcə də artan yük tələbatının qarşılanmasına xidmət edəcək.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar