Ru
22:04 / 05 Noyabr 2026

Azərbaycanlılar ən çox hansı kartla ödəniş edir?

Azərbaycanlılar ən çox hansı kartla ödəniş edir?
Eye

Azərbaycanda plastik kartlar vasitəsilə həyata keçirilən ödənişlərin həcmi və ödəniş sistemləri üzrə payı məlum olub.


“Bakupost” xəbər verir ki, ölkədə kartla edilən ödənişlərdə “Visa” beynəlxalq ödəniş sistemi mütləq liderliyini qoruyub saxlayır.

Məlumata görə, ən çox ödəniş məhz bu sistemin kartları ilə həyata keçirilib: “Visa” – 8 milyard 398.8 milyon manat; “Mastercard” – 4 milyard 272.5 milyon manat; Lokal kartlar – 84.2 milyon manat; “American Express” (AmEx) – 1.2 milyon manat.

Statistika göstərir ki, “Visa” və “Mastercard” ölkə daxilində nağdsız ödəniş bazarının əsas hissəsini formalaşdırır. Lokal ödəniş kartları və “American Express” vasitəsilə aparılan əməliyyatlar isə ümumi dövriyyədə daha kiçik paya sahibdir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar