Ru
09:11 / 05 Noyabr 2019

Bıçaqlanan şəxs yıxılaraq xəsarət almışam dedi - Göygöldə

Bıçaqlanan şəxs yıxılaraq xəsarət almışam dedi -  Göygöldə
Eye

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.

BakuPost.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb.


Rayon sakini, 1980-ci il təvəllüdlü Anar Bayramov kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal cərrahi əməliyyat olunub. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. A.Bayramov ilkin dindirilmə zamanı yıxılaraq xəsarət aldığını deyib. Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar