Ru
16:26 / 11 Sentyabr 2026

Binəqədi yolu da “bloklandı”: Dərslərə 3 gün qalmış... - VİDEO

Binəqədi yolu da “bloklandı”: Dərslərə 3 gün qalmış... - VİDEO
Eye

Dünəndən Binəqədi rayonunda Gülməmməd Ramazanov küçəsinin Emin Bağırov küçəsindən Həsən bəy Zərdabi küçəsinədək olan hissəsində təmir işləri aparılır.

“Bakupost” xəbər verir ki, bununla bağlı hazırda ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Yaranmış vəziyyət sakinlərin narazılığına səbəb olub. Onlardan biri ərazidən çəkdiyi görüntülərdə yolun iyul ayından bəri problemli vəziyyətdə olduğunu, lakin təmir işlərinə dərslərin başlamasına bir neçə gün qalmış başlanıldığını deyib.

Sakin bildirib ki, sözügedən yolun bağlanması ilə yanaşı, Biləcəri istiqamətində də hərəkətin məhdudlaşdırılması Binəqədi qəsəbəsində nəqliyyat yükünü artırır.

“Binəqədi qəsəbəsinə gedən yol bağlanıb. Düzdür, yolun bəxti açılıb, kələ-kötür idi, təmir olunacaq. Amma nəyə görə dərslərin başlamasına üç gün qalmış başlayırlar? Bu yol iyul ayından pis gündədir. Bunu elə o vaxt təmir edərdiz də. Orada Biləcəri yolunu da bağlayırsınızsa, Binəqədi yüklənir. Üstəlik, avtobuslar aşağı məhəllədə dayanır. Ona görə insanlar bura o boyda kənddən 20-25 dəqiqə piyada gəlirlər. Yəni yolu təmirə bağlayırlar, amma nəqliyyatın hərəkətini insanlar üçün tənzimləmirlər”, – sakin qeyd edib.

Lalə, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar