"Vaxtilə bir sıra Avropa dövlətləri Azərbaycanın əleyhinə ədalətsiz qərarlar qəbul edir, qərəzli mövqe sərgiləyir, ölkəmizi ittiham edirdilər. Hətta bir sıra ölkələrin parlamentləri və müxtəlif strukturları ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirməkdə sanki yarışa girmişdilər. İndi isə həmin liderlər cənab Prezidenti təbrik edir, xoş fikirlərini və düşüncələrini çatdırırlar".
Bu fikrləri
Bakupost.az -a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Kopanhagendə “Avropa Siyasi Birliyi”nin (ASB) 7-ci Zirvə toplantısının yekun nəticələrini şərh edərkən deyib.
Onun sözlərinə görə, görüşün ən önəmli tərəflərindən biri ayrı-ayrı ölkə liderlərinin Azərbaycan Prezidentinə xüsusi diqqət göstərməsi idi:
“Fransa Prezidentinin də cənab Prezidentlə görüşdüyünün şahidi olduq. Bu görüş Azərbaycanın artan nüfuzunun, ölkəmizə artan diqqətin və cənab Prezidentin uğurla həyata keçirdiyi siyasətin nəticəsidir. Bu, eyni zamanda Azərbaycanın Qarabağ savaşında əldə etdiyi qələbənin növbəti təsdiqidir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın apardığı ardıcıl, uğurlu və məqsədyönlü siyasət öz nəticəsini verir”.
Lalə,
BakuPost