Ru
17:01 / 31 İyul 2020

Birgə təlimə qatılan hərbçilər üçün qurbanlar kəsildi - FOTO

Birgə təlimə qatılan hərbçilər üçün qurbanlar kəsildi   - FOTO
Eye

İllik plana uyğun olaraq ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə cəlb edilən şəxsi heyət üçün Qurban bayramı tədbiri təşkil olunub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə prezidenti İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri təlim iştirakçılarına çatdırılıb.

Hərbi qulluqçuların iştirakı ilə qurbanlar kəsilib, onlar üçün bayram süfrələri təşkil olunub və xidmətdə fərqlənənlər həvəsləndirilib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar