Ru
12:22 / 26 Fevral 2026

Bizi Azərbaycan TV-lərindən kimlər uzaqlaşdırır? - ƏSL SƏBƏBLƏR

Bizi Azərbaycan TV-lərindən kimlər uzaqlaşdırır? - ƏSL SƏBƏBLƏR
Eye

Son günlər Azərbaycan TV-lərində baş verənlər geniş müzakirələrə səbəb olub. Tamaşaçılar daha çox əyləncəli-musiqili verilişlərə, aparıcıların özlərini apara bilməmələrinə, efirə yaraşmayan, etikadan kənar davranışlar sərgilələmələrinə etiraz edirlər.

Maraqlıdır ki, müzakirələrin yenidən qızışmasına zaman-zaman özləri də bu tip verilişlərdə iştirak edən bəzi müğənnilərin sosial şəbəkə hesablarında paylaşdıqları statuslar və etiraz videoları səbəb olub.

Bu etirazlardan sonra Elgiz Əkbərlə, Tarix Əliyevin aparıcısı olduqları verilişlər bağlanıb.

Maraqlıdır, Azərbaycan efirlərində bu cür verilişlərin bütün etirazlara baxmayaraq, uzunömürlü olmasının səbəbi nədir?

Sosial şəbəkələrdə demək olar ki, hər kəs sözügdən verilişlərin əleyhinədir.

Amma TV-lər israrla bu verilişlərin reytinq gətirdiyini deyir, onları həyatda saxlayırlar. Hər kəs əleyhinədirsə, reytinqi verən kimlərdir?
Aşağı səviyyəli sayılan, şikayətlərə səbəb olan verilişləri və aparıcıları necə daha sanballı layihələr və aparıcılarla əvəzləmək olar ki, həm reytinq dəyişməsin, həm də tamaşaçı razı qalsın?

Problemin kökünü və çıxış yolunu mütəxəssislər BakuPost TV-yə danışıblar:

Gülsüm, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar