Ru
14:55 / 02 Mart 2026

Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi

Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
Eye

Böyük Britaniya Dunkan Normanı Azərbaycana yeni səfir təyin edib.

Bakupost.az xəbər verir ki, Norman Britaniyanın Bakıdakı diplomatik missiyasının rəhbəri vəzifəsinə təyin edilib.

"Böyük Britaniyanın Azərbaycandakı növbəti səfiri təyin olunmaqdan şərəf duyuram! Böyük Britaniya-Azərbaycan tərəfdaşlığını dərinləşdirmək məqsədilə ikitərəfli münasibətlərimizin əsasları üzərində irəliləməyi və ortaq prioritetlərimiz üzrə mühüm işi davam etdirməyi səbirsizliklə gözləyirəm", - yeni təyin olunmuş səfir "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Qeyd edək ki, Dunkan Norman səfir vəzifəsində Ferqus Auldu əvəz edəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar