Ru
15:52 / 16 Mart 2026

“Böyük tənəffüs”: məktəblilər üçün yeni idman yarışı televiziya layihəsi başlayıb

“Böyük tənəffüs”: məktəblilər üçün yeni idman yarışı televiziya layihəsi başlayıb
Eye

Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və İdman TV-nin birgə əməkdaşlığı çərçivəsində məktəblilər arasında “Böyük tənəffüs” adlı idman yarışı televiziya layihəsinə start verilib.


Bakupost.az xəbər verir ki, layihənin məqsədi ümumi təhsil müəssisələrində təhsilalanların fiziki aktivliyini artırmaq, onların idmana marağını gücləndirmək, sağlam həyat tərzini təşviq etmək və şagirdlərin psixoloji inkişafını dəstəkləməkdir.


Layihə fiziki tərbiyə fənninin kurikulum tələbləri, təlim nəticələri və şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb.


Cari tədris ilində yarışlar Olimpiya Mədəniyyəti və Təhsili Proqramına (OCEP) qoşulmuş 27 ümumtəhsil məktəbi arasında keçirilir. Yarışlar TOPs pedaqoji metodologiyasına əsaslanan estafet formatında təşkil olunur.


Enerji, komanda ruhu və idman həyəcanı – “Böyük tənəffüs” layihəsinin anons videosu ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz:

https://www.youtube.com/watch?v=WP8JBvprrvQ

Yarışın buraxılışlarını İdman TV kanalından izləmək mümkündür.


İdmansevərləri və bütün məktəbliləri bu maraqlı və dinamik yarışı izləməyə dəvət edirik.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar