Ru
16:59 / 16 Mart 2026

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək
Eye

Əslində, Trampın NATO-nu müharibəyə daxil edə bilməyi üçün birbaşa NATO-ya təhdid yaradacaq müharibə vəziyyəti olmalıdır. Bilirsiniz ki, o, Türkiyəyə işarə edir. Son iki həftə içində Türkiyə hava məkanında 3 raket vurulub. Xarici işlər naziri Hakan Fidan İranı günahlandırmaq istəmədi, amma dedi ki, raketlərin çıxış nöqtəsi İrandır.

Bakupost.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında türkiyəli politoloq Engin Özər ABŞ Prezidenti Donald Trampın NATO-ya ultimatum verərək Hörmüz boğazına hərbi gəmilər göndərməyi tələb etməsi barədə danışarkən deyib.

Onun sözlərinə görə, NATO üzvləri 5-ci maddənin tətbiq olunmasını müzakirə edə bilər:

“Raketlərin hücum hədəflərindən biri İncirlik aviabazasıdır, digəri isə Malatyadakı Kürəcik radar kompleksi. İncirlik bazası amerikalı və ingilislərin ortaq işlətdiyi yerdir, Kürəcik də NATO-nun erkən profilaktika sistemidir.

Belə baxanda indi NATO-da 5-ci maddənin tətbiq olunması üçün lazımlı şərtlər formalaşıb. Türkiyə isə müharibənin daha da böyüməməsi üçün bu prosesi dayandırır. Türkiyə bu məsələnin diplomatiya yolu ilə həll olunması üçün NATO-ya təzyiq göstərir.

Hətta Hakan Fidan da çıxışından sonra “nə olduğunun fərqindəyik, amma dözürük” tərzində açıqlama vermişdi. NATO savaşa girəcək kimi görünür. Yəqin ki, bunu Türkiyə üzərindən etməyə çalışacaqlar. Dediyim kimi, Ankara hələ mübarizə aparır. Lakin gələcək aylarda, böyük ehtimalla, NATO müharibəyə daxil olacaq”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar