Türkiyə İsrailin Şərqi Qüdsdəki Əl-Əqsa məscidini bağlamasını və müsəlmanların orada namaz qılmasına mane olmasını pisləyib.
Bakupost.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə AK Partiyanın sədr müavini və partiya sözçüsü Ömər Çelik bəyanat yayıb.
"İsrailin Əl-Əqsa məscidinə qarşı hörmətsizliyi bütün insanlıq dəyərlərinə qarşı yeni hücumdur. Müsəlmanların Əl-Əqsa məscidində namaz qılmasına mane olmaq barbarlıqdır. İsrail bir daha beynəlxalq hüququ pozur. Bəşəriyyət dəyərlərini qorumaq üçün bütün dünya İsrailin qanunsuz hərəkətlərinə qarşı birlikdə mübarizə aparmalıdır”, - deyə o vurğulayıb.
Qeyd edək ki, İsrail İrana qarşı hücumların başlamasından sonra tətbiq edilən məhdudiyyətlərin bir hissəsi olaraq, Əl-Əqsa məscidi də daxil olmaqla, Qüdsün Köhnə şəhərindəki müqəddəs yerlərə ibadət və ya ziyarət məqsədləri ilə girişə icazə verilməyəcəyini bəyan edib.