Jurnalist Atılqan Bayar tarixçi İlber Ortaylının Türkiyə dövləti üçün etdiyi mühüm, lakin geniş ictimaiyyətə məlum olmayan bir töhfə
haqqında danışıb.
Bakupost.az xəbər verir ki, Bayarın bu barədə “X” sosial şəbəkəsində yazdığı məlumata görə, İ.Ortaylı xüsusilə Kipr danışıqları zamanı mühüm rol oynayıb.
Jurnalistin sözlərinə görə, danışıqlar prosesində aparılan tərcümələrdə bəzi məna sürüşmələri və mümkün manipulyasiyalar olub. Ortaylı bu tərcümə mətnlərini diqqətlə yoxlayaraq onları aşkarlayaraq və məsələ ilə bağlı səlahiyyətli şəxsləri xəbərdar edib. Nəticədə sənədlərdəki tərcümə səhvləri aradan qaldırılıb və mətnlərin düzgün şəkildə təsdiqlənməsi təmin olunub.
Bayar sosial şəbəkə hesabında etdiyi paylaşımda belə yazıb: “İlber Ortaylının dövlətimizə ən böyük töhfəsini demək olar ki, heç kim bilmir. Mən bunu açıqlayacağam. Kipr danışıqları zamanı tərcümə oyunlarını aşkar edib onların düzəldilməsini təmin edən məhz odur”.
Bu açıqlama göstərir ki, İlber Ortaylı yalnız akademik fəaliyyəti ilə deyil, eyni zamanda dövlət məsələlərində də pərdə arxasında mühüm rol oynayan şəxslərdən biri olub.
Cavid, BakuPost