Ru
18:39 / 16 Mart 2026

Ortaylı ailəsinin Azərbaycanla bağı – VİDEO

Ortaylı ailəsinin Azərbaycanla bağı – VİDEO
Eye

Bugünlərdə dünyasını dəyişən türkiyəli məşhur tarixçi İlbər Ortaylı ötən il Azərbaycanda əvvəllər heç görmədiyi xalası qızını tapmışdı.

Bakupost.az xəbər verir ki, Krım tatarlarından olan Ortaylılar Stalin tərəfindən Krım yarımadasından deportasiya olunarkən bir bacının ailəsi Azərbaycana, digərininki isə Türkiyəyə köçmüşdü.

İlbər Ortaylının ailə hekayəsi əslində bir xalqın yaşadığı faciəni də əks etdirir. Onun xalası Zeynəb xanım Şirinski həyat yoldaşı İslam bəylə birlikdə sovet təzyiqlərindən qaçaraq Gəncəyə sığınıb və orada qalıb. Digər bacı-qardaşlar, yəni Ortaylının ailəsi isə Türkiyəyə köçüb. İllər sonra, 2024-cü ildə 77 yaşlı tarixçi Gəncəyə gələrək heç vaxt görmədiyi xalası qızı Səadət Həsənova ilə görüşmüşdü.

İki bacının övladları bir-birini tanımadan uzun illər ayrı-ayrı dövlətlərdə böyüyüblər. Sovet rejiminin çəkdiyi tikanlı sərhədlər bir ailəni iki yerə bölsə də, qan bağını qopara bilməmişdi. Böyük ehtimalla Ortaylının “Azərbaycan türkdür” sözlərini tez-tez vurğulamasının arxasında da bu şəxsi tarixçə dayanır. Görünür ailəsinin yaşadıqları onun dünyagörüşünə də təsir edib, siyasi sərhədlərdən çox, soy və dil birliyinə əsaslanan bir aidiyyət anlayışı formalaşdırıb.

Cavid, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar