Ru
18:02 / 16 Mart 2026

Nərmin Həsənliyə vəzifə verildi - FOTO

Nərmin Həsənliyə vəzifə verildi  - FOTO
Eye

Vəkillər Kollegiyasının üzvü Nərmin Həsənliyə vəzifə verilib.

Bakupost.az "e-hüquq"a istinadən xəbər verir ki, o, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Nərmin Müşfiq qızı Həsənli 2007-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.

O, Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2007-ci il tarixli Sərəncamına əsasən, Prezident təqaüdünə layiq görülüb.

2011-ci ildə bakalavriat, 2015-ci ildə isə magistratura təhsil pillələrini fərqlənmə diplomu ilə başa vurub.

N.Həsənli 2013-2019-cu illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində məsləhətçi vəzifəsində çalışıb.

O, 2020-ci ildən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasında müəllim kimi fəaliyyət göstərir.

N.Həsənli. eyni zamanda, 2023-cü ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar