Neftin qiyməti ABŞ-də fırtına riski və Yaxın Şərqdə gərginliyin artması fonunda bahalaşıb.
“Bakupost” xəbər verir ki, “Brent” neftinin qiyməti 0,92% artaraq bir barel üçün 101,51 dollara, “WTI” isə 0,92% yüksələrək 90,25 dollara çatıb.
ABŞ-də Meksika körfəzinə doğru hərəkət edən fırtınanın neft hasilatı və emalına təsir göstərə biləcəyi bildirilir. Fırtınanın keçəcəyi ərazilərdəki yataqlar ABŞ-nin xam neft hasilatının təxminən 15%-ni təmin edir.
Yəməndə İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanına hücumları da neft bazarında təchizatla bağlı narahatlıqları artırıb.
Bununla yanaşı, Yaxın Şərqdən artan neft tədarükü qiymət artımını məhdudlaşdırıb. Analitiklər gərginliyin azalacağına dair ciddi irəliləyiş olmadığı müddətdə neftin 100 dollar ətrafında yüksək qala biləcəyini bildirirlər.
Vüsalə Hüseynova,
BakuPost