Ru
21:30 / 13 Noyabr 2025

Bu dəfə qırıcı təyyarə qəzaya uğradı - Ölənlər var

Bu dəfə qırıcı təyyarə qəzaya uğradı - Ölənlər var
Eye

Rusiyanın şimal-qərbində yerləşən Kareliya Respublikasının paytaxtı Petrozavodsk yaxınlığında qırıcı təyyarə qəzaya uğrayıb.

Bakupost.az xəbər verir ki, bu barədə SHOT "Telegram" kanalı məlumat yayıb.

Kanalın mənbəsinin verdiyi məlumata görə, qəzaya uğrayan qırıcı Su-27 modelidir. Hadisə şəhər aeroportunun yaxınlığında baş verib - təyyarə meşəlik əraziyə düşüb.

Lakin "112" "Telegram" kanalı bunun "Su-30" modeli olduğunu bildirib. Həmçinin kanalın mənbəsi ekipajın iki üzvünün öldüyünü qeyd edib.

Hadisə yerinə təcili yardım xidmətləri göndərilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar