Ru
10:01 / 15 Noyabr 2019

Bu gecə 140 mühacir Almaniyadan Bakıya deport edilib

Bu gecə 140 mühacir Almaniyadan Bakıya deport edilib
Eye

"Bu gecə Almaniyadan 140 nəfər Bakıya deport edilib".

BakuPost.az xəbər verir ki, bu barədə məlumatı Almaniyada yaşayan azərbaycanlı Həbib Müntəzir öz “Facebook” profilində paylaşıb. O, paylaşdığı məlumatda bu gecə bir təyyarə, yəni 140 nəfər insanın Almaniyadan Bakıya deport edildiyini qeyd edib. Onun sözlərinə görə, deport edilən şəxslər artıq Bakıdadır və onlar hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən qarşılanaraq sorğu-sual edilib və sonra buraxılıb. Həmçinin Həbib Müntəzir deportasiyanın davam edəcəyini bildirib.


Qeyd edək ki, son iki gün ərzində Almaniyadan 12 azərbaycanlının deportasiya olunub. Onlar arasında Geseke şəhərindən Mütəllimov Əfran, Mütəllimova Ülviyyə Achen şəhərindən müsavatçı Toğrul Məmmədov Hamm şəhərindən Azər Əliyev, yoldaşı və iki uşağı da var. Azər Əliyevin intihara cəhd etdiyi bildirilir. Bundan əlavə, Bavariyadan Davudov İmran və ailəsi Bavariya, Gunzenhausen şəhərindən Müsavat AKM üzvü Taryel Rüstəmov da deport olunanlar sırasındadır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar