Ru
09:19 / 05 Fevral 2026

Bu rayonun bəzi ərazilərində işıq olmayacaq

Bu rayonun bəzi ərazilərində işıq olmayacaq
Eye

Bu gün Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.


Bakupost.az xəbər verir ki, "Azərişıq"dan verilən məlumata görə, fevralın 5-də Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/6 kV-luq yarımstansiyadan çıxan 6 kV-luq hava xəttində yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 09:00-dan 12:00-dək Mingəçevir şəhəri Qarabağ kanal ərazisi, İncilli yaşayış massivi və Koroğlu küçəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Məlumata görə, yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar