Ru
10:15 / 05 Fevral 2026

İran hərbi yük ələ keçirdiyini iddia edir

İran hərbi yük ələ keçirdiyini iddia edir
Eye

İran mediasının yaydığı məlumata görə, ölkənin şimal-qərb bölgəsində (Güney Azərbaycan) təhlükəsizlik orqanları tərəfindən həyata keçirilən əməliyyat zamanı bir xarici vətəndaş saxlanılıb və böyük həcmdə silah-sursatın müsadirə edildiyi bildirilir.

Bakupost.az “Fars News Agency” istinadən xəbər verir ki, hadisə dünən (fevralın 4-də) baş verib. İran mətbuatının iddiasına əsasən, əməliyyat zamanı kütləvi iğtişaşlarda istifadə oluna biləcəyi deyilən təxminən 14 ton soyuq silah və müxtəlif vasitələr ələ keçirilib.

İran mediası saxlanılan şəxsin bu yüklərin daşınması və ölkə daxilində mümkün sabitliyi pozan fəaliyyətlərlə əlaqəsinin araşdırıldığını yazır. Lakin yayılan məlumatlar hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib, saxlanılan şəxsin kimliyi və vətəndaşlığı barədə də rəsmi detallara yer verilməyib.

Qeyd olunur ki, İran hakimiyyəti hadisəni milli təhlükəsizliklə əlaqələndirsə də, yayılan xəbərlərin doğruluğu ilə bağlı rəsmi və beynəlxalq təsdiqlər mövcud deyil. Bu səbəbdən məlumatın daxili auditoriya üçün informasiya məqsədli və ya təbliğat xarakterli ola biləcəyi ehtimalı da istisna edilmir.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar