Ordubadda itkin düşdüyü deyilən şəxsin Türkiyəyə getdiyi müəyyənləşib.
"Bakupost" Oxu.az-a istinadla xəbər verir ki, iki gün əvvəl evdən çıxıb və bir daha geri qayıtmayan Ordubad sakini, 1976-cı il təvəllüdlü Müşviq Firuddin oğlu Əkbərov tapılıb.
Məlumata görə, polisin araşdırmaları nəticəsində 50 yaşlı şəxsin Türkiyəyə getdiyi müəyyən edilib.