Ru
17:27 / 11 Mart 2026

Bu uşaqlar üçün ciddi haldır - valideynlərə XƏBƏRDARLIQ

Bu uşaqlar üçün ciddi haldır - valideynlərə XƏBƏRDARLIQ
Eye

"Bu hal dırnaqətrafı toxumanın iltihabıdır və “dolama” (panarisi) adlanır. Dırnaq kənarından infeksiya keçməsi nəticəsində yaranır. Basdıqda və ya bir yerə dəydikdə bərk ağrıdır, yerli olaraq istilik olur".

Bakupost.az Ölkə.az-a istinadən xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə deyib. O bildirib ki, ilk mərhələdə duzlu su ilə kompres etmək olar.

Pediatr bəzi hallarda cərrahi müdaxilə gərəkdiyini söyləyib:

“Duzlu su hiperosmolyarlıq hesabına iltihabı bir yerə çəkərək prosesi yayılmağa qoymur. Əgər əlamətlər davam edərsə və şişlik artarsa, “Vişnevski” və “Levomikol” məlhəmlərini qoyub bağlamaq lazımdır. İrin dərialtı toplandıqda özü dərini deşib xaricə çıxa bilər. Bu zaman 3%-li “perekis” məhlulu, “betadin” məhlulu istifadə edəcəksiniz. Əgər bu baş vermirsə və ağrı, qızartı, şişlik getdikcə artırsa, o zaman cərrahi müdaxilə ilə həmin yer çərtilməli və boşaldılmalıdır. Bu hal uçun uşağa antibiotik vermirik. Əgər iltihab ələ doğru yayılarsa, onda antibiotik qəbulu mütləqdir”.

Həkimin sözlərinə görə, əgər bu hal ananın özündə olarsa, mütləq bağlı saxlamalı və diqqət etməlidir ki, irin özbaşına açılıb ətrafa yayılmasın:

“Əgər uşağın qidasına ya ağzına düşərsə, ciddi mədə-bağırsaq infeksiyasına, toksikoinfeksiyaya, hətta sepsisə səbəb ola bilər. Çünki orada stafilokok ,streptokok aktiv vəziyyətdə olur və körpədə ciddi vəziyyətə səbəb ola bilər. Buna həm də bağçada yemək bişirən qadınlar, aşpazlar da diqqət etməlidir. Bu mikroblar səbəbilə qida toksikoinfeksiyası baş verə bilər ki bu da uşaqlar üçün ciddi haldır”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar