Ru
19:16 / 11 Mart 2026

"İrana qarşı hərbi əməliyyat..." - Tramp açıqladı

"İrana qarşı hərbi əməliyyat..." - Tramp açıqladı
Eye

"ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı tezliklə başa çata bilər, çünki İranda zərbə endirmək üçün demək olar ki, hədəf qalmayıb".

Bakupost.Az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp "Axios" portalına müsahibəsində bildirib.

"Mən müharibənin bitməsini istəyəndə, o da bitəcək. Müharibə əla gedir. Biz qrafikdən xeyli qabağıq. Hətta ilkin olaraq planlaşdırılmış altıhəftəlik dövrdə belə mümkün hesab etdiyimizdən daha çox ziyan vurmuşuq", - deyə Ağ Evin rəhbəri bildirib.

O, həmçinin ABŞ-nin hərbi əməliyyatını Tehran üçün qisas adlandırıb. "Bu, bir hesablaşmadır. Onlar bu qədər asan qurtulmayacaqlar", - deyə ABŞ prezidenti vurğulayıb.

Qeyd edək ki, D.Tramp martın 9-da verdiyi açıqlamada İrana qarşı əməliyyatın faktiki olaraq başa çatdığını bildirmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar