Ru
10:05 / 31 Oktyabr 2026

Ata hamilə qızını və onun sevgilisini öldürd

Ata hamilə qızını və onun sevgilisini öldürd
Eye

Türkiyənin paytaxtı Ankarada ata öz qızını və onunla birgə yaşayan şəxsi odlu silahdan atəş açaraq öldürüb.

"Bakupost" Oxu.az-a istinadən istinadən xəbər verir ki, dəhşətli hadisə axşam saatlarında Mamak rayonu, Bahçeleriçi məhəlləsi, Mamak küçəsində qeydə alınıb.

İlkin məlumatlara əsasən, B.K. adlı şəxs 19 yaşlı qızı E.K.-nin birlikdə yaşadığı 53 yaşlı E.O.-nun eyni məhəllədəki mənzilinə gedib. Evdə B.K. və E.O. arasında münaqişə başlanıb. Söz davasının getdikcə kəskinləşməsi nəticəsində ata silahını çıxararaq qızını və E.O. adlı şəxsi güllələyərək qətlə yetirib.

Cinayəti törətdikdən sonra dərhal ərazidən qaçan şübhəlinin tutulması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən axtarış tədbirlərinə başlanılıb. Həyatını itirən 19 yaşlı qızın hamilə olduğu və 53 yaşlı şəxsin onunla eyni müəssisədə işlədiyi üzə çıxıb.

Hazırda faktla bağlı cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar