Ru
16:12 / 07 Oktyabr 2019

Bülbüloğlunun tutdurduğu şəxsə daha bir cinayət işi açıldı

2960

Azərbaycanın Rusiyada səfiri Polad Bülbüloğlunun qardaşı Çingiz Məmmədova qarşı dələduzluq edən şəxsə daha bir cinayət işi açılıb.

BakuPost-un məlumatına görə, məhkum Nəsibov Məmməd Nəsiboviçin başqa cinayət əməlləri ortaya çıxıb. O, Qasımov Kənan Nəbi oğlu birlikdə daha 3 nəfərə qarşı dələduz etməkdə təqsirləndirilir.

Cinayət işinin istintaqı başa çatıb və baxılması üçün Xətai rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun icraatına verilib.

Qeyd edək ki, M. Nəsibov Çingiz Məmmədova Abşeronda yaşayış evi tikdirmək adı ilə onun 200 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər