Ru
19:54 / 14 Oktyabr 2025

Bulvarda attraksionlar açılır: Bu şəxslər buraxılmayacaq

Bulvarda attraksionlar açılır: Bu şəxslər buraxılmayacaq
Eye

Dənizkənarı Milli Parkda attraksionlar yenidən fəaliyyətə başlayır.

Bakupost.az xəbər verir ki, bir neçə il öncə istismar müddəti başa çatan böyüklər üçün nəzərdə tutulmuş attraksionların fəaliyyəti 15 oktyabrdan bərpa ediləcək.

İctimai marağı nəzərə alan Dənizkənarı Bulvar İdarəsi bu istiqamətdə yenidənqurma və bərpa işləri həyata keçirib. Nəticədə tamamilə yeni tərtibatda və müasir dizaynda yaradılmış əyləncə zonası ənənəvi məkanında ziyarətçilərin ixtiyarına verilir.

Qeyd edək ki, yeni attraksionlar əvvəlki yerində fəaliyyətə başlayır. Bu dəfə ziyarətçilər üçün rahat və innovativ sistemlər tətbiq olunub. Belə ki, kassa ilə yanaşı bilet terminalları da mövcuddur. Bu terminal vasitəsilə cəmi üç toxunuşla bilet əldə etmək mümkündür. Bu sistem həm insan sıxlığının idarə oıunmasına, həm də şəffaflığa xidmət edir. Attraksionlar bütün texniki normalara, müasir tələblərə cavab verir. Buna baxmayaraq gündəlik əsasda texniki baxış həyata keçiriləcək.

Təhlükəsizliklə bağlı bütün texniki reqlametlərin tələblərinə riayət olunub.

Əyləncə zonasında Bulvarın ümumi üslubuna və dizayn koduna uyğun tərtibatda köşklər də quraşdırılıb.

Attraksiondan yalnız boyu minimum 120 santimetr olan şəxslər istifadə edə bilərlər. Hamilə qadınlar, ürək, boyun və ya bel problemləri olan şəxslər, həmçinin başgicəllənmə və ya yırğalanma (kinetoz) narahatlığı olanlar və alkoqolun təsiri altında olan şəxslər attraksiona buraxılmır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar