BakuPost TV-də yayımlanan “Yazıçı Postu” layihəsinin növbəti buraxılışı tamaşaçılara təqdim olunub.
Bu buraxılışda yazıçı Şərif Ağayar “Qarabağ” komandasının sonuncu uğurundan, 8 Noyabr – Zəfər Günündən, qələbə mövzusunun ədəbiyyatda və sənətdə inikasından danışıb.
Eyni zamanda, AYB sədri, Xalq yazıçısı Anarın erməni yazıçılara etdiyi təklifə münasibət bildirib və bu il anadan olmasının 100 illiyi qeyd olunan görkəmli ədib, ictimai xadim Bəxtiyar Vahabzadənin şəxsiyyəti və yaradıcılığından söz açıb.
Yazıçı həmişəki kimi gündən hadisələrinə öz fərqli yanaşmasını nümayiş etdirib, polemika doğuran bir çox fikirlər səsləndirib.