Ru
00:00 / 11 Oktyabr 2020

Cəbhə xülasəsi: Azərbaycan Ordusu düşmənə cəhənnəmi yaşadır

24066
Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan ərazisi 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulub. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

“BakuPost” müharibənin oktyabrın 10-na olan xülasəsini təqdim edir:

10 oktyabr gecə saatlarında, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, Azərbaycan və Ermənistanın Moskvada baş tutan 10 saatlıq danışıqlardan sonra iki ölkənin Dağlıq Qarabağda atəşkəs barədə razılığa gəldiklərini və tərəflərin bundan sonra "maddi" danışıqlara başlayacaqlarını bildirib.

Saat 12:00-dan etibarən isə hərbi əməliyyatlar dayandırılacaq, əsir və ölülərin mübadiləsi təmin ediləcək.

Azərbaycan Müdafiə Nazirliyi gecə boyu cəbhənin bütün istiqamətlərində şiddətli döyüşlərin getdiyini açıqlayıb. Ermənistan tərəfi də vəziyyətin gərgin olaraq qaldığını bildirib.

Səhər saatlarınadək Azərbaycan Ordusunun davam etdirdiyi hücum əməliyyatı nəticəsində bu müddətdə düşmənin xeyli sayda canlı qüvvəsi, 13 ədəd tankı, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-20 və D-30 topu, 3 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 2 ədəd M55 “Zastava” zenit qurğusu, 2 radiolokasiya stansiyaları və radioelektron mübarizə vasitələri dəqiq atəşlə məhv edilmiş və sıradan çıxarılıb.

Saat 9:30 radələrində Ermənistan ordusu Xocalı istiqamətindən Hadrutu yaylım atəşli reaktiv sistemlərdən intensiv atəşə tutub. Ermənistan tərəfi isə bu məlumatın yalan olduğunu bildirib.

Saat 10 radələrində Ermənistan tərəfi Azərbaycanı "hərbi əməliyyatlar dayandırılana qədər vəziyyəti dəyişdirmək" cəhdində günahlandıraraq, Xankəndi şəhərində həyəcan siqnalının verildiyini açıqlayıb.

Saat 10:30 radələrində Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının yaşayış məntəqələrini intensiv atəşə məruz qoyub. Ermənistan tərəfi isə bu məlumatın yalan olduğunu bildirib.

Həmçinin Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə məxsus S-300 zenit raket sistemini məhv edib:

Ermənistan ordusunun bütün havadan müdafiə sistemini yönəldən, Xocalıda yerləşən ən bahalı 19J6 (ST-68U) radilokasiya stansiyası məhv edilib:

Saat 12 radələrində Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun növbəti artilleriya qurğularının məhv edildiyini göstərən videogörüntülər yayımlayıb:


Saat 12:30 radələrində Ermənistan silahlı qüvvələri Tərtər və Ağdam rayonlarının ərazisini atəşə tutub.

Saat 12:00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq, Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib.

Ermənistan tərəfi Azərbaycan Ordusunun Kaşataq mərzinin Birinci Alıbəyli kəndini və Sünik mərzinin Artsvanik kəndini bombardman etdiyini açıqlayıb. Hər iki tərəf saat 12:00-dən etibarən bir-birini atəşkəsi pozmaqda ittiham edib.

Saat 13:30 radələrində Azərbaycan Müdafiə Nazirliyi atəşkəs rejimini pozan düşmənin zirehli texnikasının məhv edildiyini göstərən videogörüntülər yayımlayıb:


Saat 18:30 radələrində atəşkəs rejimini pozmaq məqsədi ilə düşmənin atəş nöqtələrinə çıxarılan ağır artilleriyası Azərbaycan Ordusu tərəfindən dəqiq zərbələrlə məhv edilib:


Hikmət Hacıyev özünün "Twitter" səhifəsində Ermənistan ordusunun Füzuli və Goranboy rayonlarının kəndlərini raket hücumuna məruz qoyduğunu açıqlayıb.

Saat 19 radələrində düşmənin döyüşə hazır vəziyyətə gətirilən zenit-raket kompleksləri məhv edilib:


Ermənistan öz ərazisindən Azərbaycanın Mingəçevir şəhərinə NATO kod adlı "Skad" (SCUD) ballistik raketini buraxıb. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında bildirib:


Saat 19:37 radələrində humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri qüvvə və vasitələri cəmləşdirərək cəbhənin müxtəlif istiqamətlərində hücum etməyə cəhd göstərib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Bölmələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində xeyli canlı qüvvə və döyüş texnikasını itirən düşmən geri çəkilməyə məcbur edilib”.

Bu gün saat 19 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun Çəmənli və Zəngişalı kəndləri ağır artilleriyadan intensiv atəşə tutulub, top mərmisinin partlaması nəticəsində 1974-cü il təvəllüdlü Çəmənli kənd sakini Hüseynov Gündüz Taryel oğlu həlak olub.

Saat 20:30 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus artilleriya batareyası məhv edilib:

Bir neçə dəqiqə sonra Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta instaqram hesabları açıldığı bildirilib.

"Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profillərə istinad etməməyə və aşağıdakı saxta hesabların bağlanılması üçün şikayət etməyə çağırırıq.
https://www.instagram.com/p/ByzdKPXgni4
https://www.instagram.com/mudafie_nazirliyi
https://www.instagram.com/mudafienazirliyiresmi

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi instaqram hesabı bu linkdədir: https://www.instagram.com/azerbaijan_mod "deyə, məlumatda qeyd olunub.

Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycana qarşı hərbi təcavüzdə iştirak edən erməni terrorçu Aleksandr Arutyunyan məhv edilib.

A.Arutyunyan 1992-ci ildə Xocalı soyqırımının törədilməsi, azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, həmçinin mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib.
O, separatçı rejim tərəfindən dinc azərbaycanlıları qətlə yetirdiyinə görə “Döyüş xaçı” ilə “təltif edilib”.
Humanitar yardım adı altında “Atlantis Armenian Airlines” aviaşirkəti mülki təyyarələrlə Ermənistana raket və raket sistemləri daşıyır.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında paylaşım edib.
Azərbaycan Ordusunun əks-həmlə əməliyyatları nəticəsində sarsıdıcı zərbələrə məruz qalan işğalçı Ermənistan itkilərindən bir qismini etiraf edib.

Ermənistan müdafiə nazirliyinin rəsmisi Artsrun Ovannisyan ölü sayının çox olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistan ordusunun məhv edilən 413 hərbçisinin adı müəyyən edilib, digərləri barədə dəqiq məlumat yoxdur.

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri oktyabrın 10-u saat 22.30-dan başlayaraq Tərtər şəhərini artilleriya atəşinə tutur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər