Ru
09:25 / 03 Fevral 2026

Cənazə düşürərkən pilləkən qırıldı – Zabrat sakinləri təhlükə içində – VİDEO

Cənazə düşürərkən pilləkən qırıldı – Zabrat sakinləri təhlükə içində – VİDEO
Eye

Bina köhnə, pilləkənlər yarasız... Hətta, cənazə aparılarkən pilləkan qırılıb, insanlar çətin vəziyyətlə üzləşib...

Bakupost.az xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsi, oktyabr küçəsində yaşayan sakinlər bu iddia ilə “Xəzər Xəbər”in qaynar xəttinə müraciət ediblər. Onların sözlərinə görə, məskunlaşdıqları bina köhnə olduğundan təhlükə altında yaşayırlar.

Hətta bir neçə gün öncə qonşuluqdakı evdən cənazə aparılarkən pilləkən qırılıb, sakinlər yıxılıb.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra hakimiyyətindən bildirildi ki, bina Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır.

Bakı Şəhər İcra Hakimiyyətindən isə qeyd edildi ki, əraziyə baxış keçiriləcək və məsələ araşdırılacaq.

Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar