1 fevral saat 17:00 radələrində xəsarət alması səbəbilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 2012-ci il təvəllüdlü (kişi) şəxsin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki,bu barədə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, onun əziyyəti stabil olaraq qiymətləndirilir.
Qeyd edək ki, fevralın 1-də Cəlilabadda əmi 12 və 14 yaşlı qardaşı qızı və oğlunu baltalayıb. Hadisə rayonun Üçtəpə kəndində baş verib.
İki azyaşlıdan biri, 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızı xəstəxanada vəfat edib.
Qardaşı uşaqlarını öldürməyə cəhd edən şəxsə cinayət işi açılıb.