Ru
14:24 / 26 May 2026

Cennifer Lopes 25 il sonra 2001-ci ildəki klip geyimində - VİDEO

Cennifer Lopes 25 il sonra 2001-ci ildəki klip geyimində - VİDEO
Eye

Dünya şöhrətli ulduz Cennifer Lopes (Jennifer Lopez) bədən quruluşunun son dörddəbir əsrdə demək olar ki, heç dəyişmədiyini sübut edib.

Bakupost.az Bizim.Media-ya istinadən xəbər verir ki, 56 yaşlı müğənni 2001-ci ildə ifa etdiyi "Ain’t It Funny" hitinin klipində geyindiyi həmin məşhur "Versace" cins şalvarı ilə yenidən kamera qarşısına keçib.

Söhbət Lopesin 2000-ci illərin əvvəllərindəki vizit kartına çevrilən, önü iplə bağlanan ikirəngli ikonik cins şalvardan gedir.

Müğənni sosial şəbəkədə paylaşdığı yeni videoya yumorla belə şərh yazıb:

"Bəli, bu, həmin klipdəki həmin cinsdir".

Orijinal musiqi videosunda Cennifer Lopes qara qısa top geyinərək mükəmməl qarın presini nümayiş etdirir və qaraçı sirkini xatırladan atmosferdə xarizmatik bir kişiyə aşiq olan cazibədar qadın obrazını canlandırırdı.

Düz 25 il sonra ulduz həmin kult geyimi bu dəfə ağ rəngli mikro-topla kombinasiya edib və fit bədən quruluşu ilə pərəstişkarlarını heyran qoyub.

Yeni video əslində Cennifer Lopesin gənc aktrisa Mika Abdalla (Mika Abdalla) ilə birlikdə çəkdiyi zarafatyana bir parodiya olub.

Videoda qızlar məşhur bir serial səhnəsini canlandırıblar. Belə ki, Mikanın geyindiyi yaşıl don Lopesin 2000-ci ildə, repçi P. Diddy (Sean Combs) ilə sevgili olduğu dönəmdə "Grammy" mükafatlandırma mərasiminə geyindiyi və moda dünyasında inqilab edən əfsanəvi yaşıl "Versace" libasını xatırladıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar