Cənubi Azərbaycanda faciə: 80 kənd, 500 ev dağıldı, 380 yaralı - FOTO

  • 08 Noy 2019 16:40
  • 1116 Baxış
Cənubi Azərbaycanda faciə: 80 kənd, 500 ev dağıldı, 380 yaralı   - FOTO

Şərqi Azərbaycanda baş verən zəlzələ nəticəsində indiyədək rəsmi olaraq 6 nəfərin öldüyü (qeyri-rəsmi məlumata görə, 11 nəfər həlak olub), 380 nəfərin yaralandığı bildirilir.

Axar.az İSNA-ya istinadən xəbər verir ki, yaralılardan 17-si xəstəxanaya yerləşdirilib. Ölənlərin hamısı Miyana şəhəri ətrafındadır.

Zəlzələ nəticəsində 80 kənddə dağıntılar olub, 500 evə ciddi ziyan dəyib. Vərnkəş və Vərziqan kəndləri ən çox zərər dəyən kəndlərdir. Rəsmi məlumata görə, 34 əməliyyat qrupu zərərçəkmişlərə yardım məqsədi ilə bölgələrə göndərilib. İndiyədək 57 avterşok qeydə alınıb.

İran Qızıl Aypara cəmiyyətindən verilən məlumata görə, zəlzələdən ziyan çəkənlərin 60 faizi müvəqqəti yerlərə yerləşdirilib. Bu gün axşama kimi zərərçəkənlərin hamısı isti yerlə təmin ediləcək.

Bölgədəki evlərin zəlzələyə davamlı olmaması dağıntının miqyasının artmasına səbəb olub. Həmçinin, zəlzələ bölgəsində xəstəxananın az olması ciddi problemlərə yol açıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, 12 yaşlı qız xəstəxanaya gec çatdırıldığı üçün həyatını itirib.