Ru
17:47 / 04 Noyabr 2025

“Çətin oyun olacaq” – “Çelsi”nin baş məşqçisi

“Çətin oyun olacaq” – “Çelsi”nin baş məşqçisi
Eye

“Çelsi”nin baş məşqçisi Enso Mareska bu gün Londonda mətbuat konfransı keçirib.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində “Qarabağ”la keçiriləcək oyun barədə fikirlərini bölüşüb.

“Çelsi”nin baş məşqçisi Enso Mareska bu gün Londonda mətbuat konfransı keçirib.

“Qafqazinfo” xəbər verir ki, o, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində “Qarabağ”la keçiriləcək oyun barədə fikirlərini bölüşüb.

45 yaşlı italiyalı mütəxəssis “Qarabağ” haqda müsbət fikirlər səsləndirib: “Onlar yaxşı komandadırlar. “Benfika” və “Kopenhagen”i məğlub ediblər. “Bilbao”ya da qalib gələ bilərdilər, amma sonda uduzdular. Fərqli səbəblərə görə bu şübhəsiz ki, çətin oyun olacaq. “Qarabağ” həm çox güclü, həm də çox enerjili komandadır. Onların pressinq tərzi və uzun illərdir eyni baş məşqçi ilə işləmələri bu fikri daha da möhkəmləndirir. Ev oyunlarında, xüsusilə daha aqressiv və intensiv çıxış edirlər. Qarşılaşmaya gəldikdə isə bu oyun bizə Çempionlar Liqasında ardıcıl üçüncü qələbəni qazandıra bilər. Əlbəttə, bəzi futbolçuları rotasiya etmək lazım olacaq. Çünki cümə günü səhər saat 6-da Londona qayıdacağıq və şənbə günü oyun var. Biz uyğunlaşmağa və əlimizdən gələni etməyə çalışacağıq”.

Çalışdırıcı həmçinin Qurban Qurbanov barədə danışıb: “Qarabağ”ın baş məşqçisinin uzunmüddətli fəaliyyətinə gəlincə, bu mənim indiyə qədər gördüyüm bir şey deyil. Sadəcə inanılmazdır. Eyni klubda 17 il işləmək – bu həqiqətən heyrətamizdir. Burada (Kobhamda) olmaq vacib idi. Həm oyuna hazırlaşmaq, həm də uçuşu nəzərə alaraq bütün enerjini bərpa etmək baxımından hər iki vəziyyəti tarazlaşdırmağa çalışırıq. Biz İngiltərə vaxtına uyğun qalacağıq. “Qarabağ” da bizim kimi iki qələbə qazanıb. Onlar çox yaxşı və təşkilatlanmış komandadır. Bu, çətin oyun olacaq”.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar