ABŞ mətbuatında Çinin İrana gizli şəkildə silah satmağa hazırlaşdığı iddia edilir.
Bakupost.az “The New York Times” qəzetinə istinadən xəbər verir ki, bu yeni iddia Vaşinqton və Pekin arasında gərginliyi artıra bilər.
ABŞ rəsmilərinin bildirdiyinə görə, Çin şirkətləri arasında İrana silah satışı ilə bağlı danışıqlar aparılır və hərbi yardımın mənbəyini gizlətmək üçün daşınmaların başqa ölkələr vasitəsilə həyata keçirilməsi planlaşdırılır.
ABŞ-nin Çin şirkətləri ilə İran rəsmiləri arasında silah transferlərini müzakirə etdiyinə dair kəşfiyyat məlumatları topladığı bildirilir. Lakin göndərilən silahların dəqiq sayı və ya hər hansı daşınmaların olub-olmaması hələlik bəlli deyil.
Bilal, BakuPost