ABŞ prezidenti Donald Trampın Çinə səfəri təkcə rəsmi açıqlamaları ilə deyil, fövqəladə təhlükəsizlik tədbirləri ilə də diqqət çəkib.
Bakupost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Tramp və nümayəndə heyəti ölkəni tərk etməzdən əvvəl qeyri-adi prosedur həyata keçirilib.
Məlumata görə, səfər bitdikdə Çindən ABŞ-yə heç bir əşyanın aparılmaması ilə bağlı qəti təlimat verilib.
Çin rəsmiləri tərəfindən verilən nümayəndə heyətinin şəxsiyyət vəsiqələri, müvəqqəti telefonlar, nişanlar və müxtəlif avadanlıqlar təyyarəyə minməzdən əvvəl toplanaraq yandırılıb.
Bilal, BakuPost