ABŞ-nin İrana tətbiq etdiyi blokada səbəbindən Çinə İran nefti tədarükünün azaldığı bildirilir.
“Bakupost” xəbər verir ki, “Kpler”in məlumatına görə, təxminən 40 milyon barel İran xam nefti Sinqapur yaxınlığında gəmilərdə gözləyir.
Hazırda ən azı 41 milyon barel neft və 22 boş tanker Fars körfəzində ilişib qalıb.
“Kpler” analitikləri alıcıların sentyabrın sonundan etibarən İrandan yeni neft tədarükü ilə demək olar ki, qarşılaşmaya biləcəyini bildiriblər.
Tədarükün azalması neft qiymətlərinə də təsir göstərib. İranın yüngül neftinin qiyməti bu həftə “ICE Brent” qiymətindən barel üçün 3,50 dollar yüksək olub.
ABŞ-nin İrana qarşı yeni iqtisadi tədbirlər hazırladığı və İran nefti alan Çin limanları və ya neft emalı zavodlarının da hədəfə alına biləcəyi qeyd edilir.
Vüsalə Hüseynova,
BakuPost