Ru
13:01 / 21 May 2019

“Cinlər xarici pulları yaxşı tanıyır, sən dollar gətir” – “Cindar Hüseyn”dən ŞEDEVR

1976

 

Fala baxmaq adı ilə vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilən Lalə İbrahimova və oğlu Hüseyn Əlizadənin məhkəməsi keçirilib.

 

Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkən Rübabə Ağayeva deyib ki, Lalə İbrahimov və oğlu Hüsen Əlizadə onu aldadıb: "Elə ələ aldılar ki, özümü idarə edə bilmirdim. Sarı su verirdilər, içirdim, bədənimə ərəb hərflərilə nələrsə yazırdılar. Evdə nəyim var, hamısını yığıb verirdim onlara. Bir ilə yaxın məni soyub soğana döndərdilər. İnandırmışdı ki, evdə olan pulları, evin özünü, hər şeyi təmizləmək lazımdır. Qızılları da guya təmizləyib qaytaracaqdı. Guya ağırlıq vardı. Hissə-hissə verirdim, manat qurtaranda dedim ki, başqa pul olar? Dedi ki, xarici pul lap yaxşıdır, cinlər bizim puldansa, xarici pulları, dolları yaxşı tanıyır, daha rahat təmizləyir”.

 

Qeyd edək ki,  "Cindar Hüseyn” ləqəbi ilə tanınan falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.

 

Hüseyn Əlizadə anası ilə birlikdə bir neçə nəfərə qarşı dələduzluqda ittiham edilir.

 

Zərərçəkmiş Rübabə Ağayeva külli miqdarda pul və qızıl-zinət əşyalarını ana və oğluna verdiyini deyib.

 

Rübabə Ağayeva bildirib ki, "Cindar Hüseyn”ə ümumilikdə 300 min manata yaxın pul - 57 min dollar, 15 min Böyük Britaniya funt sterlinqi, 47 min manat və 55 min manat dəyərində 600 qram qızıl və zinət əşyaları verib.

 

Məlumata görə, "Cindar Hüseyn"in müştəriləri arasında deputatlar və ayrı-ayrı vəzifəli şəxslər də olub. O, cinlərə qonaqlıq vermək, caduları pozmaq adı ilə xeyli insanı aldadıb.

 

İş üzrə ümumilikdə 13 nəfər zərərçəkmiş var. Onların bəziləri qızıl alveri etmək məqsədi ilə Lalə Ibrahimova ilə tanış olublar. Sonra isə aldadıldıqlarını, qızıllarının ələ keçirildiyini deyirlər.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər