Ru
15:00 / 14 May 2026

Cinpindən Trampa kritik sual: “Tukidid tələsini keçə biləcəyikmi?”

Cinpindən Trampa kritik sual: “Tukidid tələsini keçə biləcəyikmi?”
Eye

ABŞ prezidenti Donald Trumpın Pekinə səfəri təntənəli qarşılanma ilə yadda qalsa da, görüşlərdə verilən mesajlar Vaşinqton-Pekin xəttində gərginliyin davam etdiyini göstərib.
Bakupost.az xəbər verir ki, Çin lideri Şi Cinpin görüş zamanı Tayvan məsələsinin Çin-ABŞ münasibətlərində “ən vacib məsələ” olduğunu vurğulayıb. O bildirib ki, bu məsələ düzgün idarə olunmasa, iki ölkə “münaqişəyə sürüklənə bilər”.

Təxminən 2 saat 15 dəqiqə davam edən qapalı görüşdə Şi, iki dövlətin rəqib deyil, tərəfdaş olması lazım olduğunu deyib. Bununla yanaşı, o, ABŞ və Çinin gələcəyi ilə bağlı diqqətçəkən sual da səsləndirib:

“Çin və ABŞ “Tukidid tələsini” aşaraq böyük güclər arasında yeni münasibət modeli qura biləcəkmi?”

Qeyd edək ki, “Tukidid tələsi” anlayışı yüksələn bir gücün mövcud dominant gücü sıxışdırması nəticəsində yaranan qarşıdurma riskini ifadə edir.

Röya Rizvanzadə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar