Ru
16:15 / 26 Fevral 2026

Azərbaycanlı bloger 300 milyon ödədi – “Çirkli pulların yuyulması”nda günahlandırılırdı

Azərbaycanlı bloger 300 milyon ödədi – “Çirkli pulların yuyulması”nda günahlandırılırdı
Eye

Rusiyada “çirkli pulların yuyulması”nda ittiham olunan azərbaycanlı videobloqçu Hüseyn Həsənov 170 milyon rubl məbləğində vergi borcunu ödəyib.

Bakupost.az xəbər verir ki, bu barədə onun vəkili Mixail Yusupov TASS-a bildirib.

“Hüseyn Həsənov 2024-cü ildə 170 milyon rubl vergi borcunu ödəyib, faizlər və cərimələrlə birlikdə təxminən 300 milyon rubl borcu tam şəkildə bağlayıb”, - vəkil deyib.

Moskvanın Presnenski Məhkəməsi Həsənova qarşı cinayət işinin qiyabi dinlənilməsinə başlayıb. O, Rusiya Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi (çirkli pulların yuyulması) ilə qiyabi ittiham olunub. Həsənov qiyabi həbs edilib və beynəlxalq axtarışa verilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar