Ru
14:56 / 20 Fevral 2020

Neftçalanın icra başçısı həbs edilir - DTX MƏLUMAT YAYDI - YENİLƏNİB

9308
Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcəkdir.


****

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri Neftçala rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.

"BakuPost" xəbər verir ki, bu barədə haqqin.az-ın bölgə müxbiri məlumat verib.

Məlumata görə, bir müddət əvvəl binaya xüsusi təyinatlı dörd cip gəlib.

Binanın girişində xüsusi yoxlama məntəqəsi qurulub. Binaya giriş qadağan edilib.

Əməliyyat zamanı həbslərin olduğu bildirilir.

***

Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev bu vəzifəyə 2011-ci ildə təyin edilib. Bundan əvvəl isə Qobustan rayon İcra Hakimiyyətinin başçısı olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər