Latviya bu gündən etibarən (11 sentyabr) Belarus və Rusiya ilə hava sərhədini bağlayır.
Bakupost.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Andris Spruds mətbuat konfransında bildirib.
O, bu gün saat 18:00-dan etibarən şərq sərhədi üzərində uçuşlar ən azı bir həftə müddətinə qadağan olunacağını vurğulayıb.
Latviya Müdafiə Nazirliyi qeyd edib ki, Polşanın hava məkanın Rusiya tərəfindən pozulması elə NATO-nun hava məkanının açıq şəkildə pozulması deməkdir və Latviya buna uyğun hərəkət etməlidir.
"Hazırda Latviya üçün birbaşa təhlükə olmasa da, qabaqlayıcı tədbirlərə ehtiyac var", - deyə Latviyanın müdafiə naziri qeyd edib.
Məlumat üçün əlavə edək ki, Polşa sentyabrın 12-dən etibarən Belarusla sərhəddə bütün sərhəd keçid məntəqələrinin bağlanacağını bəyan edib.