Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərmanla Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birləşdirilib, əvəzində Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) yaradılıb.
Bakupost.az xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev idi. Fərid Şəfiyev bu vəzifəyə 2019-cu il fevralın 19-da təyin edilmişdi.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri isə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Mehdi oğlu Abdullayev (Kamal Abdulla) idi. O, bu vəzifəyə 2014-cü il noyabrın 28-də təyin olunub.
Cavid, BakuPost