İranda rejimin sərt zorakılığı nəticəsində həlak olan Əlirza Səidi adlı fəalın Abdanan şəhərindəki dəfn mərasimi kütləvi aksiyaya çevrilib. Etiraz qatılan minlərlə şəxs anti-rejim şüarlar saəsləndirib. Şüarlar içində ən çox səslənəni “Xamneyiyə ölüm!” olub.
Bakupost.az xəbər verir ki, sosial şəbəkədə paylaşılan görüntülərdə insanların internet kəsilməsi və dövlət nəzarətinə baxmayaraq iranlıların cəsarətlə çıxış etdiyi görünür. Video təxminən 146 saat internet blokadasında qalan ölkədə “Starlink”in köməyi ilə paylaşılıb.
Cavid, BakuPost