Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Bakupost" Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Yalama kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Mitsubishi" markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü, 2000-ci il təvəllüdlü Asim Muradxanov hadisə yerində ölüb.
Qeyd edək ki, o, Vətən müharibəsi iştirakçısı olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.