Mən heç bir qəza törətməmişəm.
Bakupost.az Yeni Sabah-a istinadən xəbər verir ki, bunu Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı deyib.
Parlamentarinin Zabrat yolunda sürət həddini aşaraq öndəki maşına çırpıldığı iddia edilsə də, o bunu təkzib edib.
“Yayılan məlumatlar yanlışdır”- G.Ağamalı qeyd edib.
O, əlavə suallara cavab verməyib.
***
Günay Ağamalı qəza törədib.
Ajans.az xəbər verir ki, deputat Günay Ağamalı Zabrat yolunda sürət həddini aşaraq öndəki maşına çırpılıb.
Hadisənin səbəbi isə, maşının avtobus xəttinə daxil olması olub.